13 Dekabr, 2017
Ağdaşda 15 yaşlı qız intihar edib - Agentliklər yıxıldığını yazmışdılar

Ağdaş rayonunda 15 yaşlı qız intihar edib. Rayonun Yuxarı Ləki kənd sakini 01.08.2002-ci il təvəllüdlü Osmanova Mehriban Mehman qızı özünü yaşadığı evin həyətində olan turnikdən kəmərlə asaraq intihar edib. İntiharın səbəbləri araşdırılır. Qeyd edək ki, dünən ölkənin aparıcı informasiya agentlikləri hadisənin bədbəxt hadisə olması barədə məlumat yaymışdılar. İddia olunurdu ki, Mehriban Osmanova öz həyətlərində turnikdə idman edərkən yıxılıb. Lakin "Yeniavaz.com"a verilən məlumata görə, ölümün səbəbi intihardır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!