6 Dekabr, 2017
Azərbaycanın ikinci peyki nə vaxt buraxılacaq?

Azərbaycanın "Azerspace-2/Intelsat-3" ikinci telekommunikasiya peykinin buraxılışı 2018-ci ilin aprel-may aylarında gözlənilir. Bu barədə "Azərkosmos" ASC-dən bildiriblər. Qeyd olunub ki, peykin istehsalı üzrə işlər praktiki olaraq başa çatıb, paralel olaraq raket daşıyıcısı hazırlanır. İkinci peykin buraxılışı Kuru kosmodromunda yerləşən start kompleksindən həyata keçiriləcək. Peykin orbitə çıxarılması ilə Fransanın "Arianespace" şirkəti məşğul olacaq. Trend

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!