27 Noyabr, 2017
"Azərpoçt"un rəhbəri işdən çıxıb

"Azərpoçt" MMC-nin baş direktoru Ülvi Mansurov işdən çıxıb. "Azərpoçt"dakı mənbə bildirib ki, Ü.Mansurov öz ərizəsi ilə tutduğu vəzifədən kənarlaşıb. "Ülvi Mansurov oktyabr ayının 1-dən vəzifəsini öz xahişi ilə tərk edib", - deyə mənbə vurğulayıb.

Hazırda onun yerinə təyinat yoxdur. Baş direktor vəzifəsinin icrası müvəqqəti olaraq Sübhan Kazımova həvalə olunub. "Azərpoçt" MMC-nin mətbuat katibi Günel Gözəlova isə bildirilib ki, onun Ü.Mansurov işdən çıxması barədə məlumatı yoxdur. Maraqlıdır ki, "Azərpoçt" MMC-nin rəsmi saytında "Rəhbərlik" bölməsində Ü.Mansurov barədə məlumat yoxdur. Xatırladaq ki, Ü.Mansurov "Azərpoçt" MMC-dən öncə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyəti sədrinin müavini olub. Qeyd edək ki, Ü.Mansurov bəstəkar Eldar Mansurovun oğludur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!