3 Noyabr, 2017
Cəbhəyanı bölgələrin orta məktəblərində keçirilən inşa müsabiqəsi başa çatdı

Çəbhəyanı bölgələrin məktəbliləri Vətənpərvərlik mövzusunda inşa yazdılar. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarina Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi Ictimai Birliyinin reallaşdırdıgı layiha məhs bu bölgələrin şagirdləri üçün nəzərdə tutulmuşdu. Naxçıvan MR-nın Çərçiboğan kənd məktəbində, Tovuz rayonunun Düzqırıqlı kənd məktəbində və Tərtər rayon 2 saylı məktəb liseyində "Cəbhəyani bölgələrin orta məktəblərində şagirdlər arasında Vətənpərvərlik mövzusunda inşa musabiqəsinin təşkili" adlı layihənin məqsədi bu günkü gəncliyə vətən sevgisini aşılamaqdır. Nəticələr açıqlanmadan öncə vətənpərvərlik mövzusunda məktəblilər qarşısında müəllim, ekspert və hər bölgənin döyüşçüləri Qarabağ, Aprel döyüşləri haqqında ruhlandırıcı məlumat veriblər. Sonda isə inşa yazıları üzrə diplom və hədiyələr şagirdlərə təqdim olunub. İnşalardan belə qənaətə gəlmək olar ki, məktəblilər sərhədlərimizin bütövlüyü uğrunda təhsillərində böyük nəaliyyətlər əldə etməkdə, Azərbaycanın ərazi bütövlüyünün doğruluğunu bilikləri ilə çatdırmaqda qərarlıdırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!