30 Oktyabr, 2017
"By Osmanova” moda evinin təqdimatı olub

Azərbaycanda ilk dəfə olaraq hicab geyimlərindən ibarət kolleksiyanın təqdimatı keçirilib. "Boulevard Hotel”də baş tutan mərasimdə yeni fəaliyyətə başlayan "By Osmanova” moda evinin təqdimatı olub. Dəfilədə gənc modelyer Aytən Osmanovanın hazırladığı kolleksiya nümayiş olunub. Tədbir boyunca modellər xanımlıq və zərafətin vəhdətindən yaranan 20 geyim nümunəsini qonaqlara təqdim ediblər. Tədbirdə tanınmış sənət adamları və Aytən Osmanovanın həmkarları da iştirak ediblər. Müğənnilər Samira Allahverdi, Lalə Məmmədova, Lətifə Soyuöz musiqi nömrələri ilə dəfiləyə öz töhfələrini veriblər. Tanınmış modelyer Fəxriyyə Xələfova Dəfilədə iştirakı ilə səbəbkara dəstək olub. Tədbirdə təqdim olunan geyimlərdən üçü elə Dəfilə zamanı satılıb. Satılan geyimlərdən əldə olunan gəlir isə "Ümid var" Xeyriyyə Cəmiyyətinə verilib. Qeyd edək ki, "Ümid var" xeyriyyə cəmiyyəti fiziki və əqli qüsurlu uşaqlar üçün daim xeyriyyə aksiyaları keçirərək dəstək olur.

"By Osmanova” moda evi xanımlar üçün bir-birindən fərqli hicab geyimləri təqdim edir. Zövqlü, eyni zamanda keyfiyyətli hicab dəstləri axtarışında olan xanımlar yeni yaranmış bu moda evinə müraciət edə bilərlər.

Cəmilə Məmmədova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!