25 Oktyabr, 2017
Vəkil: “Hazırda “Lotu Quli” Gürcüstandadır”

Vəkil Təranə Əliyeva “Lotu Quli” kimi tanınan Nadir Səlifovun azadlığa çıxması ilə bağlı məlumatlara münasibət bildirib. Simsar.az “Report”a istinadən xəbər verir ki, o bildirib ki, N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə ötən gün azadlığa çıxıb. Vəkil qeyd edib ki, "Lotu Quli" hazırda Gürcüstandadır: "Onun səhhətində problemlər var".

Xatırladaq ki, Nadir Səlifov 1972-ci il avqust ayının 28-də Gürcüstanın Dmanisi rayonunda doğulub. Onun ötən gün Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldığı yayılmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!