25 Oktyabr, 2017
Yevlaxda yük avtomobili yanıb

Yevlax rayonunda yanğın qeydə alınıb. Simsar.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Yevlax rayonunda "MAZ" markalı yük avtomobilinin kabinəsi yanıb. Yanğından yük avtomobilinin qalan hissəsi və kabinədə olan 3 litirlik qaz balonu mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!