3 İyun, 2011
SEVGİLİSİ MƏŞHUR MÜĞƏNNİNİ ATIB QAÇDI

Türkiyəli məşhur müğənni Sərdar Ortacı litvalı sevgilisi olaylı şəkildə tərk edib.

Ötən ay Sərdar Ortacla nişanlanan litvalı gözəl Asta sevgilisi yatarkən evdən çıxıb. Asta gedərkən evdən Sərdar Ortacın aldığı ayaqqabıları, çantaları, noutbuku və digər əşyaları da aparmağı unutmayıb. 

Qeyd edək ki, ötən həftə Asta və anası Kiprdə Sərdarın qonağı olublar. Türkiyəli müğənni nişanlısını və anasını 5 ulduzlu oteldə qəbul edib, onlar üçün lüks otaqlar tutub. Nişanlılar İstanbula qayıdandan bir gün sonra isə Asta bu addımı atıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!