17 Oktyabr, 2017
Zibillikdən silah-sursat olan çanta tapıldı

Bakıda zibillikdən silah-sursat olan çanta tapılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xətai RPİ 34-cü PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən rayonun N.Mahmudov küçəsindəki məişət tullantıları yığılan yerlərdən birindən 4 ədəd “F-1” qumbarası, 5 ədəd alışqan, 1 ədəd “AKSU-74” markalı nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 6 ədəd 5,45 çaplı patron olan idman çantası tapılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!