17 Oktyabr, 2017
ABŞ prezidenti Asiya turnesinə çıxır

ABŞ prezidenti Donald Tramp Asiya turnesinə çıxacaq. TASS bildirir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin nümayəndəsi Kota Noqami bildirib.“ABŞ prezidentinin ilk Asiya turu Yaponiyadan başlayacaq”, deyə K.Noqami bildirib.Onun sözlərinə görə, səfərin noyabrın 5-7-də baş tutacağı gözlənilir.

Qeyd edək ki, Donald Tramp Aziya turu çərçivəsində həmçinin Çin və Cənubi Koreyaya səfər edəcək.(virtual)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!