10 Oktyabr, 2017
Mustafa Zamaninin ölüm xəbəri yalan çıxdı - ÖZƏL

Son günlər sosial mediada "Həzrəti Yusif" serialının baş qəhrəmanı İran aktyoru Mustafa Zamaninin ölümü haqqında paylaşımlar edilir. Simsar.az məsələ ilə bağlı araşdırma apararaq xəbərin yalan olduğunu sübuta yetirib. Aktyorun özü ilə əlaqə saxladıqda köməkçilərinin "Mustafa bəy danışa bilmir, məşğuldur" cavabını almaqla kifayətlənməyərək İran Sənədli Filmlər Mərkəzinin əməkdaşı Rza bəylə əlaqə saxladıq. O isə xəbərin yalan olduğunu söyləyərək: "Mustafa bəy sağ salamatdır. Hazırda çəkilişlərdə olduğundan yəqin sizə də cavab verə bilməyib." - deyə bildirdi.

Cəmilə Məmmədova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!