10 Oktyabr, 2017
Arvadını güllələyərək öldürdü - BAKIDA

Bakıda əri tərəfindən güllələnən qadın ölüb.  Hadisə Yasamal rayonunda baş verib.

Belə ki, 1977-ci il təvəllüdlü Həbib Bayramov həyat yoldaşı 1980-ci il təvəllüdlü Səbinə Bayramovanı ov tüfəngi ilə güllələyib. S.Bayramova aldığı xəsarətdən dünyasını dəyişib. Güllələnmə hadisəsinin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Fakt üzrə araşdırmalar davam etdirilir.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!