9 Oktyabr, 2017
Qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiqlənib.

Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına bu sərəncamla təsdiq edilmiş Tədbirlər Planının icrasını əlaqələndirmək və icranın gedişi barədə hər yarımildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!