3 Oktyabr, 2017
İran XİN başçısı Qətərə gedib

İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Qətərə gedib. İran KİV-i xəbər verir ki, o, ölkə paytaxtı Dohada Qətər əmiri Tamim bin-Hamad əl-Sani və əmirliyin xarici işlər naziri Məhəmməd bin-Abdurrahman əl-Sani ilə görüşəcək.

Görüşdə ikitərəfli münasibətlərə və bölgədəki son hadisələrə dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Məumata görə, oktyabrın 2-də M.Zərif Oman paytaxtı Maksatda bu ölkənin xarici işlər naziri Yusuf bin-Ələvi ilə görüşərək, qarşlıqlı əməkdaşlığa dair məsələləri müzakirə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!