8 Avqust, 2017
Bakı çimərliyində qadın bıçaqlanıb

Bakıda çimərlikdə orta yaşlı qadın bıçaqlanıb. "Report" xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində çimərlik ərazisində 36 yaşlı Gülnarə Vanyagina naməlum şəraitdə sol bud nahiyəsinə bıçaqla xəsarətlər yetirilib. O, xəstəxanaya yerləşdirilib. Həkimlər onu əməliyyat ediblər hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Hadisə ilə bağlı Suraxanı rayon polis idarəsinin 30-cu polis bölməsinə məlumat verilib. Polis araşdırmaya başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!