1 Avqust, 2017
"Bakı Avtomobil" zavodunda yanğın olub

"Bakı Avtomobil" zavodunda yanğın olub. Bu barədə Simsar.az - a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilir ki, Bakı şəhəri, Xətai rayonunda "Bakı Avtomobil" zavodunun ərazisində 1000 kv.m sahədə qamışlıq və 50 ədəd istismara yararsız avtomobil şinləri yanıb.

Yaxınlıqdakı tikililər və yaxınlıqdan keçən dəmiryolu xətti yanğından mühafizə olunub. Yanğın saat 00:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!