2 İyun, 2011
Bu prezidentlərin son görüşü ola bilər

Vəfa Quluzadı: "Kazan görüşündən sonra müharibənin aktiv fazasının başlanması istisna deyil"

“İyunun 25-də Rusiyanın Kazan şəhərində Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında keçiriləcək görüşdən müsbət nəticələr gözləmirəm”. Bunu jurnalistlərə açıqlamasında politoloq Vəfa Quluzadə bildirib.

Vəfa Quluzadə hesab edir ki, vasitəçilik edən Dmitri Medevedev Ermənistana təzyiq göstərə bilmir. "Rusiya politoloqlarının da bu fikirdədir ki, Dmitri Medvedev bu günə qədər münaqişənin həlli istiqamətində xoş sözlərdən savayı, heç bir real iş görməyib. Bu bir daha onu göstərir ki, münaqişənin həlli istiqamətində Medvedevin imkanları yoxdur. Qarabağ münaqişısi ilə bağlı bütün imkanlar Rusiyanın baş naziri, sabiq prezident Vladimir Putinin əlindədir".

Politoloq münaqişənin tez bir zamanda həlli üçün Dmitri Medvedevin ermənilərə Azərbaycan torpaqlarından çıxmalı olduqlarını deməlidir. "Medvedev ermənilərə "Azərbaycan torpaqlarından çıxın" deyə biləcəkmi? Yaxud da ermənilər Medvedevin sözlərinə məhəl qoyacaqmı? Ona görə də mən Kazan görüşünün nəticəsiz olacağını düşünürəm".

Vəfa Quluzadə Kazan görüşünün nəticəsiz başa çatacağı təqdirdə, Ermənistan-Azərbaycan arasında müharibənin aktiv fazasının başlaması ehtimalını da istisna etmir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!