27 İyul, 2017
"Aztelekom" un sabiq baş direktoru azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova hökm oxunub.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə o, 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. M.Məmmədova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

M.Məmmədov 4 milyon 500 min manat mənimsəməkdə təqsirli bilinirdi.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!