26 İyul, 2017
Heydər Əliyev prospektində qəza: tıxac yaranıb

Bü gün səhər saatlarında Heydər Əliyev prospektində iki minik avtomobilinin toqquşması nəticəsində tıxac yaranıb. APA-nın məlumatına görə, qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.

Hadisə ilə əlaqədar prospektin metronun "Koroğlu" stansiyasından paytaxtın mərkəzi istiqamətində əsas və köməkçi yolunda tıxac yaranıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya bildirilib ki, hadisə baş verən andan etibarən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər iki yolda sürət həddi 60 km/saata endirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!