26 İyul, 2017
ABŞ Böyük Britaniya ilə iri ticarət sazişini imzalayacaq

Birləşmiş Ştatlar Böyük Britaniya ilə iri ticarət sazişinin imzalanması ilə bağlı danışıqlar aparır. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp The Wall Street Journal qəzetinə müsahibəsində bildirib.

Tramp təfsilatlar verməyib, lakin Ağ evin nümayəndəsi bildirib ki, sövdələşmə kənd təsərrüfatı, aviasiya və maliyyə xidmətləri sahələrinə toxunacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!