19 İyul, 2017
Yaponiyada anomal istilər nəticəsində 6 nəfər olüb

Yaponiyada son həftə ərzində anomal istilər nəticəsində 6 nəfər olüb. Ölüm faktını Yaponiyanın yanğından mühafizə xidməti nəzdində yaradılmış xüsusi təcili tibbi yardım idarəsi təsdiq edib.

Məlumata görə, daha 7,68 min nəfər xəstəxanalara yerləşdirilib. İstidən zərərçəkənlərin əksəriyyətini (49,5%) 65 yaşdan yuxarı insanlar təşkil edir.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!