18 İyul, 2017
Peruda 6,6 bal gücündə zəlzələ olub

Peru sahillərində 6,6 bal gücündə zəlzələ baş verib. Simsar.az - ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kamana şəhərindən 104 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!