17 İyul, 2017
Əlində qılınc Təzəpir məscidinə basqın edən şəxs barədə YENİ MƏLUMAT

İyulun 14-də Bakıda məscidə hücum edən şəxslərlə bağlı tədbir görülüb. Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, Təzəpir məscidində günorta namazı qılınan zaman əllərində qılınc və dini bayraqla zala daxil olan və asayişi pozan şəxslərdən 1975-ci il təvəllüdlü Cahangirov Yaşar Əliqulu oğlunun ruhi-əsəb xəstəsi olduğu müəyyən edilib. O, Nəsimi rayonunda yerləşən 2 saylı Ruhi-Əsəb dispanserinə yerləşdirilib. Y.Cahangirovla birgə məscidə daxil olan Aydınov Əfqan Elman oğlu barəsində isə inzibati tədbir görülüb.(lent)


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!