7 İyul, 2017
Hacı Şahin Həsənlinin doğum günüdür

Bu gün dəyərli ilahiyyatçı Hacı Şahin Həsənlinin doğum günüdür. 42 yaşını qeyd edən ilahiyyatçı 1974-cü ildə iyulun 7-si Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsinә daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1995-1997-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Azərbaycan Dövlət Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub, 1999-cu ildə bitirib. 1998-2001-ci illərdə təsisçilərindən olduğu “İkmal” Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndәliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib.

2001-2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. 2001-ci ildən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşhədi Dadaş” məscidində imam-camaatdır. Bu və öncəki illərdə müstəqil şəkildə dini mütaliə ilə məşğul olub, dini mövzularda dərs tədris edərək əqaid, fəlsəfə, əxlaq, təfsir dərslərinin tədrisinə xüsusi diqqət yetirib. 2013-cü ildə “Məşədi Dadaş” məscidinə axund, 2014-cü ildə isə Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.

Uzun illər Həcc karvanına rəhbərlik edən ilahiyyatçı Allah evinin zəvvarlarına xidmət göstərib. dir. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərimizin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub. 2007-ci ildə “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsis edib, o zamandan quruma rəhbərlik edir.Ərəb, fars, rus dillərini bilir. iAiləlidir. İki qızı və bir oğlu var.

Simsar.az ailəsi də dəyərli ilahiyyatçını təbrik edir ona müvəffəqiyyətlər arzu edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!