2 İyun, 2011
Azərbaycan Silahlı Qüvvələri hazırlaşır

«Azadlıq» meydanında səliqə-sahman yaradılacaq

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümü münasibətilə Bakı şəhərində keçiriləcək hərbi parada hazırlıqlara start verilib.

APA-nın məlumatına görə, artıq «Azadlıq» meydanında paradı müşahidə edəcək qonaqlar üçün tribunalar qurulub. Yaxın günlərdə isə meydanın asfalt örtüyünün qaydaya salınması və ətrafda səliqə-sahman yaradılmasına başlanacaq.


Parada iştirak edəcək şəxsi heyətin hazırlıqlarına da start verilib. Müdafiə Nazirliyinin bəzi ordu birləşmələrinin heyəti Təlim və Tədris Mərkəzində hazırlıq keçir. Paralel olaraq Daxili və Sərhəd qoşunlarının paradda iştirak edəcək heyətləri də hazırlıqlarını davam etdirir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!