23 May, 2017
Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanı keçirəcək. Trend-in məlumatına görə, imtahan Bakı və Sumqayıt şəhərlərində yerləşən, reprezenatativ seçmə əsasında müəyyən olunan 206 məktəbdə 11-ci sinifdə təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən keçiriləcək. Monitorinq imtahanlarında 12522 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!