22 May, 2017
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatır

Bu gün Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları başa çatacaq. Bağlanış mərasimindən əvvəl - son yarış günündə stolüstü tennis komandalarının final görüşləri keçiriləcək. Qadınlardan ibarət millimiz finalda İran yığması ilə qarşılaşacaq.

10:00 - 15:30

Kişilər komanda - final

Kişilər komanda - medal mərasimi

Qadınlar komanda - final

Qadınlar komanda - medal mərasimi

X X X

Tennis turnirində fərdi yarışların qalibləri müəyyənləşəcək.

10:00 - 16:00

Kişilər fərdi - finallar

Kişilər fərdi - medal mərasimi

Qadınlar fərdi - finallar

Qadınlar fərdi - medal mərasimi

X X X

Uşu yarışında ən güclülər məlum olacaq. Üçqat Avropa çempionumuz Elçin Eminov (56 kq), Bayram Şəmmədov (65 kq) və Vüqar Kərəmov (70 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.

11:00 - 13:40

Kişilər 48 kq

Kişilər 52 kq

Kişilər 56 kq

Kişilər 60 kq

Kişilər 65 kq

Kişilər 70 kq

Kişilər 75 kq

Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!