20 May, 2017
Qubada ər arvadının başını kəsdi

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Güləzi kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Ələsgərov Murad Şirinbəy oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Ələsgərova Ulduz Aydın qızının başını kəsərək qətlə yetirib. Ailənin azyaşlı övladı var.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!