20 May, 2017
20 yaşlı gənc bıçaqlanıb - BAKIDA

Bakıda gənc oğlan bıçaqlanıb. Hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, Həsən Əliyev küçəsində 1997-ci il təvəllüdlü Səfərov Asif Vasif oğlu naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı binanın həyətinə çağırılıb. Çağırılan ünvana gedən A.Səfərov orda bıçaqlanıb. Ağır xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!