12 May, 2017
Azərbaycanda müşahidə olunan faktiki hava

Azərbaycanda mayın 11-i gündüzdən 12-si səhərədək müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az -a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi mayın 11-i gündüzdən 12-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub, güclü şimal-qərb küləyi əsib, küləyin sürəti Abşeron yarımadasında və bəzi rayonlarda arabir 23-30 m/s-dək güclənib. Yağan intensiv yağış nəticəsində Kişçay, Şinçay, Kürmükçay və Baş Daşağıl çaylarında sululuq artıb.

Yağışın miqdarı Bakıda və Abşeron yarımadasında 1-5, Böyük Qafqazda 1-17, dağlıq və dağətəyi rayonlarda 23-52, Naxçıvan MR-da 1-7, Mərkəzi-Aran rayonlarında 1-5, Kiçik Qafqazda 9-11, Qazax-Gəncə zonasında 1-9 mm olub. Köşklü, Aşıqlı, Çaykənd, Quşçu kəndlərinə isə dolu düşüb. Dolunun miqdarı Göygöldə 13, Zurnabad kəndində (Göygöl) 18, Daşkəsənin Zağalı Göl kəndinə 12 mm təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!