2 İyun, 2011
Hərbi qulluqçulara maaşlar hans şəkildə veriləcək?

Müdafiə Nazirliyi məlumatsızdı

İyun ayında Azərbaycan Silahlı Qüvvələrində və digər hərbi birləşmələrdə xidmət edən hərbi qulluqçuların məvaciblərinin artırılması gözlənir. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən “Simsar.az”a belə deyiblər.

Mərkəz Müdafiə və Maliyyə nazirliklərindəki mənbələrə əsaslanaraq açıqlama yayıb ki, məvacib artımı iki istiqamətdə gerçəkləşəcək və öz xüsusiyyətlərinə görə yenilik hesab edilə bilər: “Birincisi, hərbi qulluqçuların məvaciblərinin 10-20 faiz ümumi artımı məzərdə tutulub. Məlumatlara görə, bu prosesdə daha çox gizirlərin, müddətdən artıq xidmət hərbi qulluqçularının (MAXHQ) və aşağı rütbəli zabitlərin (leytenant-kapitan) məvaciblərinin artırılması diqqət mərkəzində olacaq.

İkincisi, son illərdə ilk dəfə olaraq hərbi qulluqçuların məvaciblərinin hesablanmasında üçölçülü yanaşmaya üstünlük verilməsi qərara alınıb. Məlumata görə, səngərdə xidmət edən hərbi qulluqçuların vəzifə məvacibləri üçqat olaraq hesablanacaq. Cəbhə xəttindəki hərbi hissələrdə (səngərlər və ön cəbhə istisna olmaqla) xidmət edənlərin məvacibləri isə ikiqat olaraq hesablanacaq. Arxa cəbhədə xidmət edənlərdə isə bu, birqat olacaq”.

Müdafiə Nazirliyinin mətbuat xidmətində isə bu barədə məlumat yoxdu. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev Simsar.az-a bildirib ki, onlar maaşların artırılacağı barədə hər hansı məlumata malik deyillər.

RUSLAN

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!