12 May, 2017
50 yaşlı qadın özünü yandıraraq intihar edib - LERİKDƏ

Lerik rayonunda 50 yaşlı qadın özünü yandıraraq intihar edib. Hadisə rayonun Vizəzəmin kəndindəqeydə alınıb.

Belə ki, həmin kəndin sakini 1967-ci il təvəllüdlü Gülxarə Sabir qızı Mirməmmədova üzərinə məişətdə istifadə olunan ağ neft tökərək özünü yandırıb. Hadisədən ailə üzvləri xəbər tutsa da onlar G.Mirməmmədovanın həyatını xilas edə bilməyiblər. Yanmış meyitin üzərində ekspertiza hərəkətləri aparılıb.

Onun yaxınlarının sözlərinə görə, G.Məmmədovanın səhətində problemlər olub. Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!