11 May, 2017
Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abgül Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, A.Əliyev 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, A.Əliyev 2015-ci ilin oktyabrında başqasının adına olan torpaq sahəsini tanışı Ramin Delikanova 14 min manata sataraq dələduzluq edib. Hüquq mühafizə orqanları tərəfindən A.Əliyevin barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub.(virtual)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!