10 May, 2017
Azərbaycan Hərbi Hava Qüvvələrinə yeni nəsil reaktiv təyyarə alınıb
Bu gün Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin aviabazalarından birində İtaliyanın “Leonardo Aircraft” şirkətinin istehsalı olan yeni nəsil reaktiv M-346 tipli təlim-məşq təyyarəsinin təqdimatı keçirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi təyyarəyə baxış keçirdikdən sonra onun taktiki-texniki xüsusiyyətləri, istismarı və digər keyfiyyətləri barədə ətraflı brifinq təqdim olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!