10 May, 2017
55 yaşlı qadını bıçaqlayıblar

Bakıda 55 yaşlı qadın naməlum şəraitdə bıçaqlanıb. Simsar.az "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, Ə.Əliyev küçəsində yerləşən mənzillərin birində təxminən 54-55 yaşlı qadın naməlum şəxs və ya şəxslər tərəfindən bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən xəsarət alan şəxsin kimliyi araşdırılır. Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi ilə bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!