4 May, 2017
Malayziyada İŞİD-in silah anbarı aşkarlanıb

Malayziyanın hüquq-mühafizə orqanları ölkə ərazisində İŞİD terror qruplaşmasının silah anbarını aşkarlayıb. "Report" xəbər verir ki, bu barədə "The Star" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, silah anbarı ölkənin şimal-şərqində müəyyən edilib. Polis güman edir ki, ekstremistlər terror aktlarının törədilməsinə hazırlıq məqsədilə il ərzində arsenalı gücləndiriblər. Anbarda beş ədəd yarımavtomat-tapança, tapança-pulemyot və "Colt M4" karabini tapılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!