Zaqatala rayonunda 4 bal ətraf rayonlarda isə 3 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə "Report"un Qərb bürosuna Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, zəlzələnin episentri Zaqataladan 39 kilometr şimal-qərbdə - Rusiya Federasiyasının Dağıstan Respublikası ərazisində qeydə alınıb. Zəlzələ Zaqatala rayonunda 4 bal, yaxın rayonlarda isə 3 bala qədər hiss olunub.