2 May, 2017
Azərbaycanda vulkan püskürüb

Bu gün səhər saat 08 radələrində Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.  Hazırda vulkan aktivliyi baş verən ərazidə qoruq əməkdaşlarından təşkil edilmiş operativ qrup tərəfindən müşahidələr aparılır. Xatırladaq ki, 1810-cu ildə qeydə alınmış Lökbatan palçıq vulkanı dünyanın ən aktiv 5 vulkanından biri olmaqla püskürməsinə görə, dünya rekordçusudur və vulkanın hazırkı püskürməsi sayca 25-cidir. Qeyd edək ki, sözügedən palçıq vulkanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna aid deyil.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!