2 May, 2017
Tramp Mahmud Abbası qəbul edəcək

ABŞ prezidenti Donald Tramp çərşənbə günü Ağ Evdə Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbası qəbul edəcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi Şon Spayser bildirib.

"Çərşənbə axşamı prezident Fələstin Muxtariyyətinin rəhbərini onun rəsmi səfəri çərçivəsində qəbul edəcək" - deyə Şon Spayser jurnalistlərə bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!