1 May, 2017
İlham Əliyev Almazbek Atambayevə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə başsağlığı verib. Başsağlığında deyilir: "Oş vilayətində baş vermiş torpaq sürüşməsi nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qırğızıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!"

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!