29 Aprel, 2017
Eyni ünvanda yaşayan kişi və qadın 3-cü mərtəbədən yerə yıxılıb - BAKIDA

Bakının Suraxanı rayonunda ardarda iki bədbəxt hadisə baş verib. Eyni ünvanda yaşayan kişi və qadın binanın 3-cü mərtəbəsindən yerə yıxılaraq xəsarət alıb. Hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Əvvəlcə qəsəbənin ev 7A ünvanında yaşayan 1972-ci il təvəllüdlü Hüseynova Nəzakət, ardınca isə 1982-ci il təvəllüdlü Rzayev Teymur Vaqif oğlu 3-cü mərtəbənin eyvanından yerə yıxılıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!