27 Aprel, 2017
Qatar tuneldə qaldı - Metroda hərəkət dayandırıldı

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə "Dərnəgül-Həzi Aslanov" xətti üzrə hərəkət edən qatarda baş verib. "28 may" stansiyasından "Gənclik" istiqamətinə hərəkət edən 24 saylı qatarda tuneldə nasazlıq yaranıb. Nəticədə qatar hərəkətini dayandırmalı olub və 8-10 dəqiqə tuneldə qalıb. Arxadan gələn qatarlar da gözləmək məcburiyyətində qalıb.

N.Paşayev bildirib ki, nasazlıq yaranan qatar DEPO-ya göndərilib və hərəkət bərpa olunub. Hazırda qatarların hərəkətində gecikmələr var.(trend)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!