26 Aprel, 2017
"Eurovision-2016"nın qalibi ailə qurub

"Eurovision-2016" mahnı müsabiqəsinin qalibi Camala ailə həyatı qurub. Onun həyat yoldaşı Krım tatarlarının hüquqlarının müdafiəsi fəalı Bəkir Süleymanov olub.

Toy Kiyevin İslam Mədəniyyət Mərkəzində krım-tatar ənənələri üzrə keçirilib.

Qeyd edək ki, Camala (Susanna Camaladdinova) ötən il keçirilən müsabiqədə Krım tatarlarının deportasiyasına həsr olunmuş "1944" mahnısını ifa etməklə qalib olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!