26 Aprel, 2017
Nobel prospekti və Həsən Əliyev küçəsi bağlanır

Bakıda bu gün axşam saat 22:00-dan etibarən Xətai rayonu, Nobel prospekti (Yusif Səfər küçəsindən Ağ şəhərin qarşısına kimi və geriyə ), Nərimanov rayonu Həsən Əliyev küçəsində (Ceyhun Hacıbəyli küçəsindən Əlyar Əliyev küçəsinə kimi) yollar bağlanacaq. Bu barədə Simsar.az -a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən xəbər verilib. Yolların bağlanması avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi ilə bağlıdır.

Görülən işlər səhər saatlarınadək yekunlaşdırılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!