21 Aprel, 2017
Allahşükür Paşazadə Gürcüstana gedib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Gürcüstana səfərə gedib.

Ş.Rustaveli adına Tbilisi Beynəlxalq Aeroportunda Allahşükür Paşazadəni Katoliks Patriarxın nümayəndələri qarşılayıblar.

Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A.Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı Zati-müqəddəsləri II İliya, habelə dövlət rəsmiləri - Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, ölkənin baş naziri Georgi Kvirikaşvili və Gürcüstan Parlamentinin sədri İrakli Kobaxidze ilə görüşəcək.

Şeyxülislam Allahşükür Paşazadənin səfər müddətində Gürcüstanda yaşayan Azərbaycanlı icmasının üzvləri ilə görüşü nəzərdə tutulur.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!