20 Aprel, 2017
Bakıda kitab festivalı keçiriləcək

23 Aprel Beynəlxalq Kitab Günü münasibətilə 451 Hərəkatı Bakıda “451 – BOOK FESTİVAL” adı ilə böyük kitab festivalı keçirir.

Festival 23 Aprel saat 15.00-da ADO-nun binasında keçiriləcək. Kitab festivalında tanınmış kitab mağazalarının, nəşriyyatların stendləri quraşdırılacaq. Dəvət olunan tanınmış yazıçılar isə oxucuların suallarını cavablayıb kitablarını imzalayacaqlar.

“Hamınız bir kitab götürün və gəlin, tanımadığınız insanlarla dəyişin həmin kitabı, ya kiməsə hədiyyə edin, amma yalnız gəlməyin” - 451 Hərəkatı bu devizlə çıxış edir.

451 Hərəkatı sizə sevdiyiniz yazıçılarla yaxından tanış olmaq, Azərbaycanda kitabsevər mühitlə ünsiyyətdə olmaq və həmin günü möhtəşəm keçirmək üçün şərait yaradır.

Festival kiçik konsertlə başa çatacaq.

Festivalda iştirak edəcək yazıçılar:

Kamal Aken

Kənan Hacı

Orxan Bahadırsoy

Elxan Elatlı

Mirmehdi Ağaoğlu

Ayxan Ayvaz

Qismət Rüstəmov

Tural Şahtaxtinski

İsmayıl Rizvanoğlu

Ulucay Akif

Şəhriyar del Gerani

Cəlil Cavanşir

Qeyd edək ki, 451 Hərəkatı Kamal Aken tərəfindən yaradılmış, məqsədi ölkədə maarifçiliyin təbliğinə, mədəniyyət və incəsənətin inkişafına yönəlmiş bir hərəkatdır.(kulis)

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!