20 Aprel, 2017
Bakıda iki nəfər güllələnib

Bakıda silahlı insident olub. Hadisə ötən gecə Salyan şossesində qeydə alınıb. Naməlum şəxsin ov tüfəngindən açdığı atəş nəticəsində iki nəfər – 1986-cı il təvəllüdlü Ələddin Saməddin oğlu Bağırov və 2000-ci il təvəllüdlü Firuddin Teymur oğlu İsmayılov yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. Araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Soltan Turabov olması müəyyən edilib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.(apa)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!