19 Aprel, 2017
Yunanıstanda 3 günlük matəm elan olundu

Yunanıstanın şimal-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi həlak olub, bir hərbçi isə yaralanıb. Trend-in məlumatına görə, qəza helikopter plan uçuşu həyata keçirərkən baş verib. Qəzanın səbəbəri isə hələ məlum deyil, araşdırma aparılır.

Yaralı qadın hərbçinin həyatı üçün təhlükə olmadığı barədə məlumat verilib. Qəza ilə əlaqədar ölkədə 3 günlük matəm elan edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!