19 Aprel, 2017
Ərdoğan Trampla görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla yaxın zaman görüşün keçirilməsinə dair razılaşdığını bildirib. Bu barədə Ərdoğan ABŞ-ın CNN telekanalına müsahibəsində bildirib.

“Əlbəttə, məni təbrik edənlər oldu. Çox xoş oldu, Tramp referendumun nəticələri ilə əlaqədar məni təbrik etdi. Biz ABŞ-Türkiyə münasibətlərinin yaxın perspektivdə inkişafından danışdıq, Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti ikitərəfli münasibətlərin inkişafı üçün təkbətək görüşün keçirilməsinin vacib olduğunu qeyd edib. Ərdoğan müvafiq razılaşmanın əldə olunduğunu vurğulayıb: “Biz yaxın zamanda görüşəcəyimizə dair razılığa gəldik”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!