18 Aprel, 2017
Bakı-Astara yolunda qəza: yük maşını aşdı

Bakı-Ələt-Astara yolunda yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə yolun Salyan rayonu ərazisindən keçən hissəsində baş verib. İrandan Bakıya gələn iritonnajlı yük avtomobili yolun hərəkət istiqamətində idarəetməni itirərək aşıb. Nəticədə yolda tıxac yaranıb. Əraziyə yol polisləri cəlb edilib və tıxacın aradan qaldırılması üçün iş gedir.

Qəzaya uğrayan avtomobilin yükü şüşə materiallar olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!